Pandemiyanın bitəcəyi tarix açıqlandı

Pandemiyanın bitəcəyi tarix açıqlandı
5183 dəfə oxunub
  • A-
  • A
  • A+

“Koronavirus pandemiyası 2022-ci ilin əvvəlində sona yetəcək”.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe Almaniyanın “Bild” qəzetinə verdiyi müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda həyata keçirilən vaskinasiya prosesi və Covid-19 testlərinin sayının artırılması bunu deməyə imkan verir.

Buna baxmayaraq, Kluqe insanları mutasiyaya uğrayan virusa qarşı da diqqətli olmağa çağırıb.

Qeyd edək ki, hazırda dünyada 116 milyon 442 mindən çox insan koronavirusa yoluxub.