İnfarkt keçirən aktyor xəstəxanaya yerləşdirildi - Foto

İnfarkt keçirən aktyor xəstəxanaya yerləşdirildi - Foto
1133 dəfə oxunub
  • A-
  • A
  • A+
“Seksenler” serialının aktyoru Rasim Öztekin infarkt keçirib.

Axşam.az türk mediasına istinadən bildirir ki, bu gün günorta saatlarında aktyorun səhhəti qəfildən pisləşib. Onun ürəyi tutub və yerə yıxılıb.

Rasimə göstərilən ilkin tibbi yardımdan sonra ürəyinin fəaliyyəti bərpa edilib və təcili olaraq xəstəxanaya yerləşdirilib.

Hazırda tibb müəssisələrindən birində müalicə olunan Öztekinin səhhətinin yaxşı olduğu deyilir.