Oktay Kaynarcaya qarşı dələduzluq... - Foto

Oktay Kaynarcaya qarşı dələduzluq... - Foto
1006 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Oktay Kaynarcaya qarşı dələduzluq edilib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, əmlak sektorunda çalışan bir neçə şəxs aktyorun adından istifadə edərək malikanə satmağa çalışıb.

Onlar İzmirin Urla bölgəsində 4 milyon 657 min lirəyə (1 milyon 57 min manata) satışa çıxarılan villanın elan başlığına "Oktay Kaynarca ilə qonşu olma imkanı... Mükəmməl fürsəti qaçırmayın" sözlərini yazıblar. Dələduzlar bunu malikanənin satışını asanlaşdırmaq və xarici alıcıları cəlb etmək üçün ediblər.

Bundan xəbər tutan Oktay həmin ərazidə evi olmadığını və adından sui-istifadə edənlərin cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib.