İlon Maskın anasından etiraf: “Onun yerində olmaq istəməzdim”

İlon Maskın anasından etiraf: “Onun yerində olmaq istəməzdim”
971 dəfə oxunub
  • A-
  • A
  • A+
"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın anası Maye Mask oğlu ilə bağlı açıqlamalar verib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Maye İlonun uğurlarından danışsa da, heç vaxt onun yerində olmaq istəmədiyini bildirib:

“İlon dünyanın ən varlı adamı olsa da o, sadəcə mənim oğlumdur. Mask hər zaman fərqli uşaq olub. Fərqli düşünüb, fərqli işlər görüb. Oğlumun uğurları bir ana kimi məni çox sevindirir. Amma onun yerində olmaq istəməzdim. Çünki İlon Mask olmaq, təzyiq altında qalmaq deməkdir”.

Qeyd edək ki, dünyanın ən varlı insanları sırasında tez-tez birinci yerə sahib olan İlon Maskın anası Maye model və dietoloqdur.