"Keçmiş sevgilim məni tələyə saldı"

"Keçmiş sevgilim məni tələyə saldı"
1381 dəfə oxunub
  • A-
  • A
  • A+

Sonuncu dəfə “Yasak elma” və “Masal şatosu” kimi ekran işlərində çəkilən aktrisa  Ayşegül Çınar həbs edilib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, məkanlardan birində dostları ilə əylənən aktrisa evə qayıdan zaman yol polisi yoxlama həyata keçirib.

Yoxlama zamanı onun maşınından narkotik maddə tapılıb. Daha sonra Çınar saxlanılaraq,  polis şöbəsinə aparılıb.

Avtomobilindən narkotik maddə çıxan Ayşegül “Narkotik maddə mənə aid deyil. Heç vaxt ondan istifadə etməmişəm. Bunu keçmiş sevgilim etdi. O, məni tələyə saldı” - deyərək, polislərə etiraz edib.