Məşhur cütlüyün reportajına 11 milyon ödənildi

Məşhur cütlüyün reportajına 11 milyon ödənildi
1783 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri ilə Meqan Marklın aktrisa Opra Uinfriyə verdiyi müsahibələrdən ibarət reportaj  yayımlanacağı “CBS” kanalına baha başa gəlib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Amerika televiziya şirkəti bu materialın yayım haqları üçün Opraya məxsus “Harpo Production”a 7 milyon dollardan (11 milyon 900 min manat) artıq pul ödəyib.

Üstəlik reportaj yayımlanan zaman qısa fasilələrdə verilən reklam çarxları üçün də kanaldan 325 min dollar (552 min 500 manat) tələb edilir.

Məşhur cütlüyün reportajı 11 milyona satılsada, onlara bunun qarşılığında heç bir ödəniş edilmədiyi bildirilib.

Qeyd edək ki, materialda Meqanla Harrinin saray haqqında senssasiya yaradacaq açıqlamalar verdiyi deyilir.