Peyvənddən sonra yaranan şiş nədən xəbər verir?

Peyvənddən sonra yaranan şiş nədən xəbər verir?
2704 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı həkimlər vaksinasiya edilən bir neçə qadında şiş aşkar ediblər.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, Covid-19 peyvəndinin mənfi təsirini araşdıran  Massaçustes xəstəxanasının tibb müətəxəssisləri, vaskin vurulan bəzi qadınların sinəsində, maye halında toplanan şiş olduğunu müəyyən ediblər.

Bu problem bədəni zərərli patogenlərə qarşı müdafiə edən limfa düyünlərində meydana gəlib və peyvənd vurulan qola yaxın məsafədə, sinədə yaranıb.

Müəyyən edilən şiş əvvəl həkimləri qorxuya salıb. Onlar bunun döş xərçəngi olduğundan şübhələniblər.

Bu hadisə peyvənd olunan qadınların yüzdə 3 faizində müşahidə edilib. Daha sonra araşdırmalar aparan tibb işçiləri, bunun döş xərçəngi olmadığını və peyvəndin ikinci dozası vuruldqudan sonra tamamilə məhv olacağını açıqlayıblar.