"Qadın - dünyaya insan gətirən, cana can verən, gözəlliyin özüdür"

"Qadın - dünyaya insan gətirən, cana can verən, gözəlliyin özüdür"
1520 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür.

Axşam.az xəbər verir ki, şou-biznesin tanınmış simaları sosial şəbəkədə bunla bağlı paylaşım edərək, xanımlara təbrik ünvanlayıblar.

Xalq artisti Aygün Kazımova qadınları "Bir gün yox, hər gün sonsuz sevgi diləyirəm. Gözəl Azərbaycan xanımları, əziz analar, bayramınız mübarək" sözləri ilə təbrik edib.

Xalq artisti Zülfiyyə Xanbabayeva isə xanımlara "Qadınları anlatmağa kəlmələr, anlamağa da ömür yetməz! Dünyaya insan gətirən, cana can verən, güclü, zərif, gözəlliyin özü qadınlar, günümüz mübarək" sözlərini ünvanlayıb.  

Xalq artisti Faiq Ağayev isə qadınları yayımladığı video ilə təbrik edib. O, "Əziz xanımlar, ömrünüz gül tək ətirli olsun, sığal görün, sevin və sevilin bu həyatda" sözlərini söyləyib.

Müğənni Gülay Zeynallı "Əziz xanımlar, sizə ilk növbədə Allahdan can sağlığı, xoşbəxtlik arzu edirəm. Biz xoşbəxtliyə layiqik. Analarımızın əllərindən, gənc qızların üzündən, körpələrin gözündən öpürəm. Sizi sevirəm, gözəl xanımlar" sözlərini yazıb.

Müğənni Zamiq Hüseynov isə paylaşımına "Allah bütün qadınları gözəl yaradıb. Hər bir qadının xoşbəxt olmaq haqqıdır. Heç bir qadın ağlamasın. Yalnız sevincdən ağlasın. Allah bütün qadınları xoşbəxt etsin, həmişə onların üzü gülsün, ana olsunlar. Onlar bizim analarımız, bacılarımız, övladlarımız və həyat yoldaşlarımızdır. Nə yaxşı ki varsınız, əziz xanımlar. Sizi ürəkdən təbrik edirəm, bayramınız mübarək" deyə, qeyd edib.

Aşıq Samirə Əliyeva xanımları "Daim bayram əhval-ruhiyyəsində, xoşbəxt olaq və bütün bunları sağlam canla yaşayaq. 8 mart bayramınız mübarək, əziz xanımlar" sözləri ilə təbrik edib.