Avtomobilindən narkotik tapılan aktrisa həbs olundu

Avtomobilindən narkotik tapılan aktrisa həbs olundu
2929 dəfə oxunub
  • A-
  • A
  • A+

Avtomobilindən narkotik maddə tapılan aktrisa Ayşegül Çınar məhkəmə binasına aparılıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, polis sənətçinin həbsinə qərar verib. Araşdırmalardan sonra Ayşegül Çınar, keçmiş sevgilisi və dostu Nimet Y. həbsxanaya aparılıb.

Qeyd edək ki, polis axtarış zamanı iki avtomobildə 19 qram narkotik maddə tapıb. Avtomobillərdən birinin aktrisa Ayşegül Çınara aid olduğunu müəyyənləşdirib. Sənətçi və dostu Nimey Y. nəzarətə alınıb. Aktrisa narkotiki keçmiş sevgilisi Furkan Çalıkoğlunun ondan intiqam almaq üçün maşınına atdığını iddia edib.

Polis Furkan Çalıkoğlunu da nəzarətə alıb. Çalıkoğlu keçmiş sevgilisinin ifadəsini qəbul etməyib.