Göygöldə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib

Göygöldə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib
340 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib”.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür.

“Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər” - deyə, məlumatda vurğulanıb.