Qara görə yol müvəqqəti bağlandı

Qara görə yol müvəqqəti bağlandı
1075 dəfə oxunub
  • A-
  • A
  • A+

Respublikanın bir çox rayonlarına qar yağması nəticəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.

Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə, Gədəbəy rayonunda  qoşqulu yük maşını yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Ərazidə xidmət aparan həmin rayonun yol polisi əməkdaşları tərəfindən yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində asfalt örtüyünün qardan təmizləndikdən sonra yolda hərəkət bərpa edilib və yük maşını hərəkətinə davam edib.