Şimal zonasının ən böyük elektronika mağazası Qubada açıldı – Açılışa özəl kampaniya

Şimal zonasının ən böyük elektronika mağazası Qubada açıldı – Açılışa özəl kampaniya
892 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevindirən şəbəkəmiz olan “Kontakt Home” sayca 29-cu “Quba” mağazasının rəsmi açılışını edib. Şimal regionunun ən böyük elektronika və mebel mağazası olan “Kontakt Home – Quba” mağazasının açılışı region sakinlərinin böyük marağına səbəb olub.

 

Əyləncəli tədbirdə Quba sakinləri üçün musiqi, foto zonalar, bol hədiyyəli müsabiqələr təşkil olunub. Ziyarətçilər ən son texnoloji yeniliklərlə elə yerindəcə tanış olub, açılışa özəl 50%-dək endirim24 ayadək hissəli ödəniş kampaniyaları çərçivəsində almaq imkanı əldə ediblər.

Müştərilərin rahatlığını düşünən “Kontakt Home” açılış münasibətilə Qubanın kəndlərindən mağazaya və geriyə pulsuz nəqliyyat xətti də təşkil edib. Marşrut xətti martın 22-dək hər gün saat 09:00-dan 17:00-dək aşağıdakı qrafik üzrə hərəkət edəcək:

 

AXTARDIĞINIZ HƏR ŞEY BİR MƏKANDA

30-dan çox dünya brendinin 15000-dən çox məhsul çeşidi ilə müştərilərin zövqünü oxşayan “Quba” mağazasında – hər kəsə istədiyi məhsulu bir məkanda tapmaq imkanı yaradır.

2000 m2 sahəyə malik, loft üslubunda dizayn olunmuş “Quba” mağazasında dünya brendlərinə aid rəqəmsal texnikanın, böyük və kiçik məişət texnikasının, mebel və tekstilin geniş çeşidi müştərilərə təqdim olunub.

 

ALIŞ-VERİŞ ƏSL ƏYLƏNCƏYƏ ÇEVRİLƏCƏK

Şəbəkə müştərilərin rahatlığı və əyləncəsi üçün də hər şey düşünüb. Yeni açılan “Quba” mağazasında “Uşaq Zonası” fəaliyyət göstərir. Valideynlər alış-veriş edən zaman balacalar bu zonada maraqlı vaxt keçirə bilər.

 

Mağazanın digər özəlliyi də mövcud olan “Oyun Zonası”dır. Burada mağaza ziyarətçiləri ən populyar videooyunları oynayaraq əyləncəli vaxt keçirə bilərlər.

 

AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Açılış kampaniyası hələ də davam edir. Martın 19-dək məhz “Quba” mağazasının müştərilərini:

- Nağd alışda hər növ məhsula 50%-dək endirimlər;
- Kreditlə alışda isə smartfonlara 12 ay faizsiz; bütün TV və məişət texnikasına 18 ay faizsiz, bütün mebellərə 24 ay faizsiz, ilkin ödənişsiz təkliflər gözləyir.

 

Qeyd edək ki, Kontakt Home mağazalarında satılan bütün məhsullar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.

“Kontakt Home – Quba” mağazası Mağaza Heydər Əliyev prospekti 129 (Köhnə Şahdağ ticarət mərkəzi) ünvanında yerləşir.