“WhatsApp” bu telefonlarda işləməyəcək

“WhatsApp” bu telefonlarda işləməyəcək
14842 dəfə oxunub
  • A-
  • A
  • A+

“WhatsApp” milyonlarla istifadəçisinin marağına səbəb olacaq yeni qərar qəbul edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, platforma keçmiş model “iPhone”lara yenilənmə bildirişi göndərməyəcək. Çünki artıq mesajlaşma sistemi bu cihazları dəstəkləməyəcək.

“WABetaInfo”da yer alan məlumata əsasən, yeni ilin əvvəlindən proqramın sözügedən mobil tətbiqlərə “iOS 9” dəstəyini dayandıracağı haqqında müzakirələr aparılırdı.

Xatırladaq ki, “Apple” iki il əvvəl də “iPhone 5” qədər olan modellərdən dəstəyini çəkib. Yəni “iPhone 4” və “4S” modellərinin sahibləri artıq həmin mobil cihazlarda “WhatsApp”dan istifadə edə bilmir.