Nazpəri Dostəliyevanın oğlu vəfat etdi

Nazpəri Dostəliyevanın oğlu vəfat etdi
12696 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nazpəri Dostəliyevaya ağır itki üz verib.

Axşam.az xəbər verir ki, bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib. Bu haqda onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Dostəliyevanın iki oğlu var. Əlinin iki övladı var idi. O, bir müddət əvvəl həyat yoldaşından ayrılıb.