Yas mərasimi keçirənlər cərimələndi

Yas mərasimi keçirənlər cərimələndi
612 dəfə oxunub
  • A-
  • A
  • A+

Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb.

Axşam.az-ın məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsindən bildirilib ki, polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun  fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib.

Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.