"Məni milçəyə belə bənzətdilər"

"Məni milçəyə belə bənzətdilər"
1171 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Hadisə illər əvvəl artıq çəkisi ucbatından tənqidlərə məruz qalmasından bəhs edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi bir neçə həftə əvvəl makiyajsız fotoları ilə gündəmə gəlmişdi. O bildirib ki, artıq çəkilərinə görə ən ağır təhqirlərə məruz qalıb:

"Bunun ən ağırına tuş gələn müğənniyəm. "Roberto Karlos ayaqlı", "Çox arıq", "Çox çirkinsən", "Milçəyə dönmüsən" kimi sözlər dedilər. Demədikləri söz qalmadı. Hamısını yaşadım. Ən pisi isə onların çoxu qadınlar idi. Həmin vaxtlar sosial şəbəkə bu qədər aktiv deyildi. Dəstəyə ehtiyacım olan vaxtlarda dəstək görmədim. Necəyəmsə, elə də görünmək istəyirəm. Fotoşopu çox sevmirəm. Nəyisə bəyənməyəndə, onu düzəltdirmək mümkündür".