Şəkidə koronavirus xəstəsi saxlanıldı

Şəkidə koronavirus xəstəsi saxlanıldı
565 dəfə oxunub
  • A-
  • A
  • A+

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, vətəndaş Tahir Mustafayevin COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.

T.Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.