Türkiyədə yoluxma və ölüm sayı artdı

Türkiyədə yoluxma və ölüm sayı artdı
344 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 276 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 54 740 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 35 503 nəfər sağalıb, ağır xəstə sayı isə 2 604 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 633 925COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 194 978 nəfər sağalıb, 32 943 nəfər isə ölüb.