Müğənni Kibariyənin səhhətində problemlər yaranıb.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, təyyarə ilə İstanbuldan İzmirə səfər edən sənətçinin qəfildən halı pisləşib.

Nəfəs almaqda çətinlik çəkən Kibariyəyə ilkin tibbi yardım göstərilib. Təyyarənin eniş etdiyi hava limanında tibb işçiləri tərəfindən tamamilə müayinə olunan ifaçının hazırda səhhəti yaxşıdır.

Sərnişinlərin onun üçün narahatlıq keçirdiyini görən sənətçi “Xalq tərəfindən sevilmək çox gözəl hisdir. Hər birinizə təşəkkür edirəm. Hamınızı sevirəm” - deyərək, hava limanından ayrılıb.



                 

Xəbər lenti