"Özünə gəl, şəxsimə toxunma" - Səidədən Röyaya qalmaqallı sözlər

"Özünə gəl, şəxsimə toxunma" - Səidədən Röyaya qalmaqallı sözlər
3580 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ağac bar verdikcə, başını aşağı əyər. Bəziləri kimi tamaşaçı sevgisindən qudurmuram. Adım çəkiləndə özlərinə qəribə gəlir ki, qaşı, üzüyü düşər. Üçü də bu vaxta kimi qərara gələ bilməyib ki, məni sənətə kim gətirib: hamısı deyir Səidəni səhnəyə mən gətirmişəm. Ay qızlar, bacılar, analar, üçünüz də anasınız, məni səhnəyə siz gətirməmisiniz. Yolu açan Allahdır, özüm öz gücümə Səidə Sultan olmuşam. Danışanda, özünüzə gəlin, eqonuzu aşağı qoyun".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan "10-da görüşək" proqramında deyib. Sənətçi həmkarları Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilova haqda qalmaqallı sözlər deyib. O bildirib ki, hər üç ifaçı ilə arasındakı dostluq bitib.

Səidə daha çox Röya ilə qalmaqal yaşadığını açıqlayıb:

"Bunlar mənə çatmır. O birilərlə çox da işim yoxdur. Amma bir əsası var, ana qarğa, sevmirəm onu, "tripaş" insanı sevmirəm. Onunla axıra qədər gedərəm, ya ona, ya mənə verən Allah. Sevməmişəm, sevməyəcəm də. İnsan bir sadə olar. Xalqın sevgisini qazanandan sonra camaata minnət qoyub, özünüzü dartmayın. Gözüm aydın Xalq artistisən, mən də Sultanam. Danışığınıza fikir verin, özünə gəl. "Əlimdən tutub gətirib" - bu nə sözdür? Sənin özünün əlindən tutub gətirən olub, mənim olmayıb. Elə bil 80 yaşı var, məni gətirib.

Kimsə mənimlə dava etmək istəyirsə, şəxsimə keçməsin. Mediaya gizli sısdırırsan ki, Səidəyə ləkə olsun. Elə mövzular var ki, insana yapışmır. Mənim özümlə dalaşmırsan".

Səidə bildirib ki, Röya ilə arasındakı mübahisənin bənzər fotosessiyadan sonra başladığını deyib:

"Hər şey geyimdən başladı. Şəkillər çıxanda çoxu göndərdi ki, bənzəyir. Hətta media paylaşdı ki, Səidə Sultanla eynidir. Bu da eqodur, özünə sığışdırmır ki, özünü kiməsə oxşatsın. Axı deyir, mənəm mən. Sonra başladı hamıdan sildirməyə. Fikirləşdim ki, mənim fotom olsaydı, bütün mətbuat yazacaqdı Səidə özünü ona oxşatdı, silinməyəcəkdi. İndi Səidənin adı var deyə, sildirirsən. Mən də götürüb öz səhifəmdə paylaşdım.

Üçünün də gözəl səsi var, sənətinə sözüm ola bilməz. Vaqif Gərayzadənin seçdiyi insanlar uğursuz ola bilməz. O, bilir kimi qabağa verir. Amma şəxsiyə toxunmaq olmaz. Onu udmaram. Əlimdən tutub səhnəyə gətirsələr, deyərəm, utanmaram. Özüm əziyyət çəkmişəm, oxumuşam, qabiliyyət imtahanından keçmişəm, universitetə qədər girib oxumuşam. Sən kimsən mənim əlimdən tutub səhnəyə gətirəsən. Məndən bir bayram böyüksən".