Ebru Demeti tənqid etdi

Ebru Demeti tənqid etdi
1039 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən il azyaşlı oğlu Parsı itirən model Ebru Şallı yeni açıqlaması ilə gündəmə gəlib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Nişantaşında görüntülənən Ebru jurnalistlərlə ayaqüstü söhbət edib.

O, bir neçə gün əvvəl müğənni Demet Akalının qızı Hiranın “TikTok”  istifadəçisinə 7 min lirə (1456 manat) göndərməsinə münasibət bildirib:

“Oğlum Berenin İnstagram hesabı yoxdur. Xoşbəxtlikdən mütaliə edən və idmanla məşğul olan uşaq böyütdüm. Hamımız sosial mediada varıq, amma uşaqların “TikTok”dan, yaxud da digər sosial şəbəkələrdən istifadə etməsinə qarşıyam”.