"Qardaşım çox yeməkdən vəfat edib"

"Qardaşım çox yeməkdən vəfat edib"
1817 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Erdal Özyağcılar maraqlı açıqlaması ilə diqqət çəkib.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aparıcı Armağan Çağlayanın “Youtube” proqramına qonaq olan  aktyor şəxsi həyatı ilə bağlı səmimi etiraflar verib. Bursada varlı ailədə dünyaya gələn Özyağcılar, yetkinlik yaşına çatana qədər yoxsulluq içində böyüməli olduğunu açıqlayıb:

“Məndən əvvəl bir qardaşım dünyaya gəlib. O, yaraşıqlı, eyni zamanda da çox yeyən olub. Deyilənlərə görə hədsiz çox yemək yeyirmiş. Bu səbəbdən də 11 aylıq olarkən vəfat edib. Qardaşımın dünyasını dəyişməsi ailəm üçün ağır travma olub. Daha sonra mən doğulmuşam. Varlı ailənin oğlu olduğum halda, yoxluq içində böyümüşəm. Ailəm mənim də öləcəyimdən qorxub və çox az, sadəcə həyatda qala bilmək üçün yemək veriblər. Yeməkdən doymayanda isə aclığım keçsin deyə çoxlu albalı yeyirdim”.