Eltonu zövqsüz adlandırdı

Eltonu zövqsüz adlandırdı
1022 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ağlınıza gələn heç bir kişi müğənninin sənəti, performansı, görünüşü, tərzi, geyimi, səhnə mədəniyyəti, danışığı məndən artıq ola bilməz. Mən də səhnəyə çıxım oxuyum, camaatın reaksiyasına baxın, onlar da çıxsın görün. Mən oxuyanda 200 insan, onlarda isə 20 nəfər rəqs edər".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi sənət aləmində ən zövqlü ifaçı özünü hesab etdiyini söyləyib.

Kərim rubrikanın aparıcısı Ruslan Ağayevin "Tələbatlıdır, amma çox zövqsüzdür" sözlərinə "Elton Hüseynəliyev möhtəşəm müğənnidir, oturub saatlarla qulaq asaram. Oxumağını sevirəm, möhtəşəm ifaçıdır. Amma geyim zövqünü bəyənmirəm. Tələbatlıdır, xətrinə dəyməsin. Kostyum geyinsin, amma onu da zövqlü etsin" cavabını verib.