Vaksinasiya üçün səyyar briqadalar təşkil olunur

Vaksinasiya üçün səyyar briqadalar təşkil olunur
581 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hazırda vaksinasiya üçün səyyar briqadalar təşkil olunur. Səyyar briqadalarin təşkil olunmasında məqsəd tibb məntəqələrində sıxlığın aradan qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir".

Axşam.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, dövlət orqanlarından daxil olan müraciətlərə əsasən, belə səyyar briqadalar təşkil olunur:

"İki gündür ki, SOCAR-ın baş ofisində səyyar vaksinasiya təşkil olunub. Bu gün 150 nəfərə yaxın əməkdaşın vaksinasiyası həyata keçiriləcək. Ümumilikdə isə 1000 əməkdaşın könüllü şəkildə peyvənd olunması nəzərdə tutulub".