Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır

Sabahdan jurnalistlərin vaksinasiyasına başlanılır
200 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabahdan Azərbaycanda jurnalistlərin COVID-19 əleyhinə vaksinasiyasına başlanılır.

Axşam.az APA-ya istinadən bildirir ki, bu haqda Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Ə. Amaşov qeyd edib ki, jurnalistlərin vaksinasiya üçün redaksiyalardan Mətbuat Şurasına müraciət olunub və siyahı verilib:

"Verilən siyahılara əsasən, jurnalistlər mərhələli şəkildə peyvənd olunacaq. Sabah 50-dən çox jurnalistin peyvənd olunması nəzərdə tutulur".