"35 illik sənət dostumu həyatımdan sildim"

"35 illik sənət dostumu həyatımdan sildim"
4859 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Gülüstan Əliyeva "Zaurla Günaydın" proqramında qoanq olub.

Axşam.az xəbər verir ki, muğam ifaçısı nəvələrindən bəhs edib. "İki qız nəvəm var. Amma mənim üçün ilk oğlum və gəlinim gəlir, sonra nəvələrim" deyə, Əliyeva söyləyib.

İfaçı sənət aləmində olan bir çox dostlarını "qara siyahı"ya atdığını bildirib:

"Artıq bu sənətdə dostum yoxdur. Dostluq etməyi sevən və bacaran insanam. Sənət aləmi isə başqadır. Yəqin ki, fərqliliklər, şərtlər sənət adamlarının bir-birinə yaxın olmasına imkan vermir. Dostlarım var idi, ya da bəlkə mən düşünmüşəm rəfiqəmdir. Oturdum götür-qoy etdim ki, niyə belə oldu. Hamısı ilə ancaq "salam-sağ ol" qaldı. Dost dediyim, hamılar sırasına qoşulmamalıdır. Ona söykənirsən, bölüşürsən, sonra görürsən səhvdir.

Pandemiya dönəmində içərisində 35, 25 illik rəfiqəm olduğu insanları həyatımdan, İnstaqramdan, telefonumdan çıxardım. Bacın, qardaşın olsa belə, həyatında bir yükdürsə, lazımdırsızsa, çıxar onu. Mənə mane olanları belə qaldıra bilərəm".