Azərbaycanlı alim vəfat etdi

Azərbaycanlı alim vəfat etdi
2210 dəfə oxunub
  • A-
  • A
  • A+

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli vəfat edib.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 57 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində anadan olub. O, 2011-2013-cü illərdə Vatikana baş tutmuş səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar edib və onların surətlərini Bakıya gətirib. Alim Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində uzunmüddətli araşdırmalar aparmış ilk azərbaycanlıdır.