İbrahimoviç məşhur filmə çəkilir

İbrahimoviç məşhur filmə çəkilir
625 dəfə oxunub
  • A-
  • A
  • A+
"Milan" klubunun hücumçusu Zlatan İbrahimoviç özünü aktyor kimi sınamaq qərarına gəlib. 

Axşam.az xəbər verir ki, bu barədə futbolçu İnstaqram səhifəsində məlumat verib.

39 yaşlı futbolçu "Asteriks və Obeliks: İpək yolu" filmində Roma legioneri "Antivirus" rolunda çəkiləcək.

Ekran işi 2022-ci ildə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, bu ilin payızında idmançı haqda lentə alınan "Mən Zlatanam" adlı bədii film də izləyicilərin ixtiyarına veriləcək.