Türkiyədə yoluxanlarla bağlı son statistika

Türkiyədə yoluxanlarla bağlı son statistika
316 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 258 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 55 941 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 37 914 nəfər sağalıb, ağır xəstə sayı isə 2 615 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 689 866 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 232 892 nəfər sağalıb, 33 201 nəfər isə ölüb.