"Şirniyyat, xəngəl hazırlayıb satıram"

"Şirniyyat, xəngəl hazırlayıb satıram"
7498 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Əliqızı əməliyyat olunub.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "7 canlı" verilişində deyib. Sevda bildirib ki, ayağında yaranan problemə görə 8 aydır əziyyət çəkir:

"Ayağımdan əməliyyat olundum. Kiçik əməliyyat idi, amma ağır oldu. Çox əziyyət çəkdim. 8 aydır çətin günlər yaşayıram. Ağrıları güclü oldu. İndi də var. Hüdürdaban ayaqqabılar geyinə bilmirəm. Bundan sonra da yəqin az istifadə edəcəm".

Pandemiyada toysuz qalan sənətçi şirniyyat bişirib sataraq pul qazandığını etiraf edib:

"Gözəl evdarlığım var, kulinariya ilə məşğulam. Bunu deməkdən utanmıram. Şirniyyat bişirib, satıram. Hətta düşbərə, xəngəl, digər un məmulatları sifariş edirlər, mən də hazırlayıb verirəm. Pandemiyadır, toy yoxdur, bu cür qazanıram".