Türkiyədə yoluxanlarla bağlı son vəziyyət

Türkiyədə yoluxanlarla bağlı son vəziyyət
377 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 253 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 55 791 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 35 786 nəfər sağalıb, ağır xəstə sayı isə 2 408 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 745 657 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 268 678 nəfər sağalıb, 33 454 nəfər isə ölüb.