"Deyirlər, oğlu var, necə geyinir" - Röya

"Deyirlər, oğlu var, necə geyinir" - Röya
5138 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bir ay əvvəl gətirib verilən ordenləri, fəxri adları gözümün qabağına qoydum. Baxıb deyirəm ki, səni daha çoxaldacam, layiqli müğənni və xanım olacam. Get-gedə çox şeyi azaldıram, danışmağa heyim yoxdur. Düşünürəm ki, boş buraxım, böyüyər, dəyişər. Böyümək lazımdır, başqa arzularım var. Edəcəklərim hələ qabaqdadır, bunu geyimlə ölçməsinlər. Hər zaman geyinmişəm, geyinəcəm də. Deyirlər, oğlu var, necə geyinir. Bəlkə sabah biri də dünyaya gəldi, qapını bağlayıb evdə oturacam?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Zaurla Günaydın" proqramında qonaq olarkən deyib. Müğənni ünvanına deyilən tənqidlərdən bəhs edib.

Röya şou-biznesdə baş verən qalmaqallardan söz açıb:

"Özümə çox böyük səbr arzulayıram. Deyirəm səbr et, bu qədər şey qazanmısan. Kor və kar ol, onları görmə. Bir-birini təhqir edənlərə dözə bilmirəm. Sözün var üzə deyi, aşırı təhqir deyirlər. Niyə kiminsə xətrinə dəyirsiz?".

İfaçı hazırda keçirilən kiçik toy məclislərinə getmədiyini söyləyib:

"Qorxuram, oturmuşam. Gizli toylara getmirəm. 20-30 adam üçün nə oxuyum? Nə qədər deyib-gülsələr də, əhval o deyil. O boyda konserti dondurmuşam".