Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Sənətçi bir müddət əvvəl dünyasını dəyişən stilist qardaşı Balaşla bağlı paylaşım edib və bunları vurğulayıb:
"Boşluğun içində param parçayam. O, heç vaxt məni belə görmək istəməzdi. Çünki hər zaman məni sevindirib, arzularımı reallaşdırıb, xoşbəxt olmağım üçün həm canıyla, həm puluyla istəklərimi həyata keçirib. Bacını ağlar qoyub getdin, onsuz bu dünya boşdur. Nurlar içində yat can parçam. Elə çox darıxıram ki...".