“Alev alev”in çəkilişləri dayandırıldı

“Alev alev”in çəkilişləri dayandırıldı
3320 dəfə oxunub
  • A-
  • A
  • A+
“Show Tv” də yayımlanan “Alev alev” serialının çəkilişləri dayandırılıb.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb aktyor heyəti arasında aparılan koronavirus testlərinindən sonra 22 nəfərin nəticəsinin müsbət çıxmasıdır. Buna görə də, təcili olaraq serialın çəkilişləri dayandırılıb.

Qeyd edək ki, ekran işində Demet Evgar, Dilan Çiçek Deniz, Hazar Ergüçlü və Cihangir Ceyhan kimi aktyorlar rol alıblar. “Alev alev” də 3 qadının həyat hekayəsindən bəhs edilir.