Günəş şüaları Covid-19-dan qoruyur

Günəş şüaları Covid-19-dan qoruyur
924 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyalı alimlərin araşdırmalarına əsasən, günəş şüaları koronavirusdan qoruma gücünə malikdir.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Edinburq Universitetinin alimləri günəş işığının çox olduğu bölgələrdə virusdan vəfat edənlərin sayının daha az olduğunu açıqlayıblar.

“British Journal of Dermatology” də yayımlanan başqa bir məqalədə isə günəşin Yer kürəsinə ötürdüyü ultra bənövşəyi şüaların Covid-19-u məhv etdiyi qeyd edilib.

Amerika Birləşmiş Ştatlarının 2 min 474 bölgəsində aparılan araşdırmalar zamanı ultra bənövşəyi şüalarının 95%-ni təşkil edən UVA işığının yüksək olduğu ərzilərdə virusdan çox az sayda insanın vəfat etdiyi bildirilib.

“Daily Mail” nəşrində yer alan başqa bir məlumatda dünya alimləri yay aylarında virusun tamamilə məhv olacağını açıqlayıblar.