Demet Şener ilk dəfə fobiyasından danışdı

Demet Şener ilk dəfə fobiyasından danışdı
1029 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş model Demet Şener ilk dəfə fobiyasının nə olduğunu açıqlayıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, o, köpək balığından qorxduğunu və ona qarşı fobiyası olduğunu bildirib:

"Uşaqikən izlədiyim “Jaws” filmlərindən dolayı köpək balığına qarşı qorxu hissi yarandı. Bu heyvanlara qarşı fobiyam olmasına baxmayaraq, həm də heyranlıq dudyuram. İndi də onlardan bəhs edən sənədli filmlər izləyirəm. Lakin tək dənizdə üzə bilmirəm”.

Demet içindəki bu qorxu hissinə qalib gəlmək üçün müəyyən addımlar atacağını deyib:

"Fobiyama qalib gəlmək istəyirəm. Buna görə də,  gələn il Cənubi Afrikaya səyahət etmək planım var. Hətta orada köpək balıqlarının olduğu qəfəsdə üzməyi də düşünürəm. Əgər bunu edə bilsəm daha onlara qarşı  fobiyam olmayacaq".