Bir həftəlik tətili üçün 20 min ödədi

Bir həftəlik tətili üçün 20 min ödədi
926 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Hadisə pandemiyaya görə Belçikadan Türkiyəyə gələ bilməyən anası ilə tətil etməyi planlaşdırır.

Axşam.az xəbər verir ki, sənətçi yayda anası Gülnihal Açıqgözlə dincəlmək üçün Bodrumdan dəbdəbəli villa icarəyə götürüb.

Hadisə gözəl mənzərəsi və hovuzu olan malikanənin 1 həftəsi üçün 20 min TL (təxminən 4 174 manat) ödəniş də edib.

Tətil zamanı müğənninin aktyor sevgilisi Kaan Yıldırım da onların yanında olacaq.