250 minlik ziynət əşyaları sifariş etdilər

250 minlik ziynət əşyaları sifariş etdilər
1201 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer özləri üçün xüsusi ziynət əşyaları sifariş ediblər.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, ötən gün cütlük məşhur zərgər Sevan Bıçakçının Kapalıçarşıda yerləşən dükanına üz tutub.

Zərgərin bütün əl işlərinə heyran qalan Kıvançla Dizer xüsusilə onlar üçün hazırlanacaq bahalı aksessuarlar sifariş ediblər.

Onların ziynət əşyalarının ümumi dəyəri 250 min lirədir.(52 min 175 manat)