“Kral ailəsinə yalvardım”

“Kral ailəsinə yalvardım”
1874 dəfə oxunub
  • A-
  • A
  • A+

Saraydan qalmaqallı şəkildə ayrılan Şahzadə Harri ilə Meqan Markl yenidən gündəmə gəliblər.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, cütlüyün Kaliforniyanın “Montecito” bölgəsinə köçdüyü 9 ay ərzində 9 dəfə Santa Barbara polis şöbəsinə zəng vurduğu məlum olub.

Buna səbəb onların həyatının təhlükə altında olması və evlərinə dəfələrlə naməlum şəxslərin daxil olmasıdır.

Meqan Markl ötən ay verdiyi müsahibəsi zamanı, ailəsinin təhlükəsizliyinin təminatının davam etdirilməsi üçün saray üzvlərinə müraciət edərək yalvardığını bildirib:

“Harriyə təyin edilən mühafizəçilərin qaytarılmaması üçün kral ailəsinə yalvardım. Çünki həyat yoldaşıma mütəmadi olaraq şantaj məkubları göndərirlər. Onu ölümlə hədələyirlər. Lakin saray üzvləri bunu qəbul etmədi və mühfizəçiləri saraya çağırdılar”.