1 milyondan çox istifadəçinin məlumatları oğurlanıb

1 milyondan çox istifadəçinin məlumatları oğurlanıb
817 dəfə oxunub
  • A-
  • A
  • A+
“Facebook” sosial şəbəkəsindən sonra bu dəfə “Clubhouse” platformasında təhlükəsizlik problemləri yaşanıb.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, artıq son zamanlar bir çox sosial şəbəkələr bu xoşagəlməz vəziyyətlə qarşılaşır. Onların bir çoxu istifadəçilərinin məlumatlarının oğurlanmasının qarşını almaqda acizdir.

Bu dəfə bu problem “Clubhouse”da yaşanıb. Belə ki, şəbəkənin 1 milyon 300 min istifadəçisinin məlumatları populyar xakker platformalarından birində yayımlanıb. İstifadəçilərə aid şəxsi məlumatlar və şəbəkəyə giriş ünvanları nümayiş olunub.

Qeyd edək ki, “Clubhouse” 2020-ci ildə yaradılıb və sadəcə “iOS” sistemli cihazlarda istifadə edilir.