Bu xəstələrin sayı sürətlə artır

Bu xəstələrin sayı sürətlə artır
2455 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya alimləri alzheimerdan sonra ən çox rast gəlinən parkinson (əllərin titrəməsi, hərəkətin ləngiməsi)  xəstəliyi ilə bağlı bəzi açıqlamalar veriblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onların sözlərinə görə, hər il bu xəstələrin sayı dayanmadan artır. Hazırda dünyada 10 milyon insan parkinsondan əziyyət çəkir. Proqnozlara əsasən, bu rəqəm 2030-cu ildə 30 milyona qədər artacaq.

Xəstəlik inkişaf dinamikasına görə alzheimerdan sonra ikinci pillədə dayanır. Parkinson simptomlarının ortaya çıxması 20 il əvvəl başlayır.

Ümumiyyətlə, insanlarda hərəkət pozğunluğu, beyin hüceyrələrinin bir-biri ilə əlaqə qurmasına şərait yaradan dopamin (insan bədəninda təbii yaranan kimyəvi maddədir) adlı maddəni istehsal edən bölgənin təcrid olunması ilə yaranır. Dopamin beyindəki hərəkətlərin idarə edilməsinə cavabdehdir. Bu hüceyrələrin 70-80%-i zədələndikdə ya da təcrid olunduqda xəstəliyin simptomları ortaya çıxır.

Parkinson özünü qəbizlik, depressiya, qoxu qabiliyyətinin azalması və ya qoxu duya bilməmək,  görmə problemləri, çiyin ağrısı kimi simptomlarla büruzə verir.

Paxlalı bitkilərdə “Levodopa” adlı maddə var. Onlardan eyni adlı dərman preparatları hazırlanır. Bu isə beyində dopamin hüceyrələrinin sərbəst inkişafına kömək edir.

Qeyd edək ki,  hər il aprelin 11-i Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə parkinson xəstəliyi ilə mübarizə günü kimi qeyd edilir.