Xalq artisti koronavirusa yoluxdu, konservatoriyada dərslər dayandırıldı

Xalq artisti koronavirusa yoluxdu, konservatoriyada dərslər dayandırıldı
1242 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, bu haqda konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib. O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib:

“Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.