Sidqi Mustafayev, xanımı və qızı Covid-19-dan vəfat etdi

Sidqi Mustafayev, xanımı və qızı Covid-19-dan vəfat etdi
3820 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

Axşam.az-ın məlumatına görə, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım Axşam.az-a açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alırdı:

"Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Fəridə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər".