"Kişiyə yaraşmayan hərəkət etdi" - Eks ərindən ilk dəfə danışdı

"Kişiyə yaraşmayan hərəkət etdi" - Eks ərindən ilk dəfə danışdı
4942 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sənətə gələndə evli idim. Çox nadir hallarda açdığım mövzudur. Bu, həyatımın maraqlı və kədərli bir səhifəsidir. Kədərli ona görə ki, ailə həyatımı başqa cür təsəvvür edirdim. Deyirdim ki, sevmişəm, evlənirik və bu, belə olacaq. Hər çətinliyin bir səbəbi, altında xeyir var. Əsasən qadınlar danışır ki, gözəlliyim, uğurum, səhnədəki duruşumu heç kim gətirib verməyəcək ki, yaşa. Artist bilirsiz kimdir? Səhnədə böyük alqışları birdən alan, qucağında böyük gül dəstəsi ilə evə gəlib, hündürdabanı soyunan, səhnə libası ilə içdən ağlayandır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva stilist Anar Ağakişiyevin "Dəyişən cavab" layihəsində deyib. Müğənni keçmiş həyat yoldaşı Rəhman Əliyevdən danışıb. İfaçı ilk dəfə ayrılıq səbəbini açıqlayıb:

"Onun dəstəyini heç vaxt dana, haqqını tapdalaya bilmərəm. Mən yaxşı idim, o pis deyə bilmərəm. Hər birimizin xətası var. Yeddi il birlikdə olmuşuq. Bir müddət sonra iki insan tutuşmursa, o demək deyil, biri yaxşı, digəri pisdir. Birinin beyni qabağa gedir, digəri yerində qalıb. Məndə belə oldu. Çox xırda məsələləri problem edirdik. O zaman qızım Fidanın iki yaşı var idi. Bu mübahisələrimizə qızımın şahid olmağını istəmirdim. Səhnədə gülüb, gəlib evdə ağlamaq olmazdı. İki-üç il belə həyat tərzi yaşadım. 2001-2004-cü illərdə efirə çıxırdım, "hər şey gözəldir" deyirdim. Efirdə ağlamağı bacarmıram.

 

Valideynlərim çox kədərlənirdi ki, övladımın ailəsi dağılır. Bir tərəfdə uğur var idi. Həmin illərdə şər və xeyri eyni anda yaşadım. Albomlarım uğur qazanırdı. O illərdə Tünzalə Ağayeva ulduzunun parlamasını hiss etmədim. Daxilimdə faciə yaşayırdım. O, övladının anası, ömür-gün yoldaşı Tünzalənin şəxsiyyətinə hörmətsiz yanaşdı. Bax, həmin anda ondan tamamilə qırıldım. Çox ehtiyatsız, kişiyə yaraşmayan bir hərəkət etdi. "Mənlə yaşamırdısa, həyat məhv olmalıdı" deyə, düşünürdü. Mənim haqqımda mediada xəbərlər yazdırırdı, onlara pul verirdi, imicimə xələl gətirmək istəyirdi".