Bu sahədə çalışanların maaşları iki dəfə artırılır

Bu sahədə çalışanların maaşları iki dəfə artırılır
3490 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.