Türkiyədə yoluxanlarla bağlı son statistika

Türkiyədə yoluxanlarla bağlı son statistika
414 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 243 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 54 562 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 41 218 nəfər sağalıb, ağır xəstə sayı isə 2 891 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 903 573 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 372 629 nəfər sağalıb, 34 182 nəfər isə ölüb.