Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı
1260 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub və xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, müğənni artıq evə buraxılıb. Bu haqda N.Musayev özü məlumat yayıb.

"Bilirəm ki, mənə görə nigaran qalmısınız, şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Yazdığınız gözəl sözlər və etdiyiniz dualar mənim üçün dəyərlidir" deyə, müğənni qeyd edib.

N.Musayev artıq xəstəxanadan evə buraxılıb və müalicəsini ev şəraitində davam etdirəcək.

Qeyd edək ki, ifaçının yerləşdirildiyi Mərkəzi Neftçilər Xəstəxanasından Axşam.az-a verilən açıqlamada müğənninin səhhətinin yaxşılaşdığı deyilmişdi.