Aktyor reanimasiyaya yerləşdirildi

Aktyor reanimasiyaya yerləşdirildi
1851 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün qəfildən halı pisləşən aktyor Burak Sergen xəstəxanaya yerləşdirilib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, təcili yardım çağırılaraq tibb müəssisəsinə aparılan aktyorun analiz cavabları hər kəsi sarsıdıb.

Sergenin koronavirus testlərinin nəticəsi neqativ çıxsa da, ağ ciyərlərində infeksiya aşkarlanıb. Nəfəs almaqda çətinlik çəkən Burak təcili olaraq reanimasiyaya yerləşdirilib. Hazırda aktyorun müalicəsi həkim nəzarətində davam etdirilir.

Qeyd edək ki,  Burak Sergen "Sadakatsiz" serialında varlı iş adamı Haluk Güçlü obrazına həyat verir.