"Gündəmə gəlmək üçün evim və qızıllarım yoxdur"

"Gündəmə gəlmək üçün evim və qızıllarım yoxdur"
1004 dəfə oxunub
  • A-
  • A
  • A+
"Nəyə lazımdır durum kimləsə ədavət aparım. Haqqımda pis danışanları, ayağımın altını qazanları yola vermişəm. Özümü elə aparmışam ki, heç nə bilmirəm. Nəyə lazımdır, kimləsə ədavət aparım? O mənə, mən ona pislik edim? Aktyorlar var ki, gördüyü işlər böyükdür, amma Azərbaycan içində. Mən isə Azərbaycanı xaricdə təmsil etmişəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "ATV maqazin onlarla" proqramında söyləyib. Qalmaqallardan yorulduğunu deyən aktyor şou-biznes nümayəndələrinə də söz atıb:

"İndi maşınlarını, evini, bağını reklam edib gündəmə gəlirlər. Onlar gündəmə tez gəlib, sənətdən əvvəl tanınmaq istəyirlər. Gündəmə gələcək, evim və qızıllarım yoxdur. Anacaq özüm və balaca sənətimlə gündəmdəyəm.