"Sübut edəcəm ki, Sevda yalan danışır"

"Sübut edəcəm ki, Sevda yalan danışır"
2932 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Səməd Səmədov keçmiş duet ortağı Sevda Əliqızının onun ünvanına dediklərinə cavab verib.

Axşam.az xəbər verir ki, ifaçı bu haqda "ATV maqazin onlarla" verilişində danışıb.

O, Sevdanın "15 il Səməd Səmədovla duet oxuduq. Bundan sonra heç vaxt oxumaram" sözlərinə belə cavab verib:

"İndiyənə kimi ailəvi dostluq edirik. Ağzı nədir duet oxumaya. Deyəcəm oxuyaq, o da oxuyacaq. Sübut edəcəm ki, Sevda yalan danışır. Görəcəksiniz".